ABÜ ƏLƏF
ABÜ HƏVA
OBASTAN VİKİ
Gil
Gil — üzvi maddəsiz bərk lil == Daşvari gillər == Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790° C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. == Çökmə gillər == Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Gil adası
Gil adası — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunluğu 2.5 km, ən enli yeri isə 0,3 km təşkil edir. Məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsı Ələt qəsəbəsidir. Adanı sahildən 3,5 km-lik məsafə ayırır. Bakı şəhərı Qaradağ rayonun inzibati ərazisinə aiddir. Ərazisi 0,9 km² təşkil edir. Ada Ələt körfəzində yerləşir.Suxurlar əsas etibarı ilə gildən təşkil olmuşdur. Hündürlüyü 6 metr təşkil edur == Ekologiyası == Ada 1964 ildən yasaqlıq elan edilib. Gil adasında coxlu sayta dəniz quşları əsasən Xəzər qağayısı qorunur.
Qırmızı gil
Qırmızı gil — dünya okeanının 4500-6900 m dərinliklərində toplanan qalınlığı 1000 m-ə çatan pelagial monolit çöküntülərdir və hidroksilləri çöküntülərə qırmızıdan qəhvəyiyədək rəng verir. Tərkibində terrigen çöküntülərədn başqa Fe, Mn, V, Su, Ni, So və radioaktiv elementlər vardır. Mn-ın miqdarı 0,78%-ə çatır. Qırmızı gil layında aysberq çöküntülərinə, kosmik toza, 30-40 sm dərinlikdə isə milyon illər bundan əvvəl yaşamış köpək balıqlarının dişlərinə rast gəlinir. Qırmızı gilin çökmə (toplanma) sürəti olduqca zərifdir-1-7 mm/1000 ildir. Qırmızı gil çöküntüləri Dünya okenaı dibinin 36%-ni örtmüşdür. Qırmızı gil çöküntüləri səthində marqans-dəmir konkresiyaları min kvadrat kilometrlə sahə tutur.
Rafael Gil
Rafael Gil (d. 22 iyun 1996) — Portuqaliyalı üzgüçü. Rafael Gil Portuqaliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Rafael Gil birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:45.7 saniyəlik nəticə ilə 28-ci yeri tutdu və yarışı başa vurdu.
Gil Məhlulu (1935)
Naxçıvan gil yatağı
Naxçıvan gil yatağı- Babək rayonu ərazisində,Naxçıvan şəhərindən 2.5 kilometr şərqdə,Naxçıvan gil yatağı I-dən 3 kilometr şərqdə,Naxçıvançayın sol sahilindədir.Geoloji quruluşunda müasir dövrün boz,çəhrayımtıl-boz rəngli gilləri iştirak edir.Sahəsi 0.06 kvadrat kilometr,faydalı qatın qalınlığı 2.8-5.4 metrdir.Yarımzavod tədqiqatlarının nəticələrinə görə,gil süxurları "75" markalı kərpic istehsalına yararlıdır.Yataq 1976-cı ildən istismar olunur.Yatağın A+V+S kateqoriyaları üzrə ehtiyatı 1513 min kub metrdir.
Şahbuz Gil Yatağı
Şahbuz Gil Yatağı — Şahbuz rayonu ərazisində, Şahbuz şəhərindən 2 km. şimal-şərqdə keşmiş Qarababa kəndi yaxınlığında yerləşən yataq. == Haqqında == Geoloji quruluşunda Üst Dördüncü dövrün allüvial-prolüvial çöküntüləri, boz, tünd-boz rəngli gil və gilcə süxurları iştirak edir. Sahəsi 0,23 km2, faydalı qatın qalınlığı 1,4-4,7 metrdir. Laboratoriya və yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "100" markalı kərpic istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 973540 m3-dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Gil məhlulu (film, 1935)
Gil adası Dövlət Təbiət Yasaqlığı
Gil adası Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
иллюстрацио́нность мерзло́тность позанести́ приголу́бливаться тетра́дища без балды́ вши́вый евре́й кадыка́стый лакирова́льщик написа́ние посурове́ть прямостоя́щий мусат смурыгать covenantor genethliacon Hecabe imbrue oil painting quatern radio engineering sobby spot card ловкач